Ekologiya
Yer kürəsi "atəş" altında: Martın 19-da nə baş verəcək?
Martın 19-da Yer kürəsində son iki ayın ən güclü geomaqnit qasırğası gözlənilir.
Publika.az xəbər verir ki, Rusiyanın Günəş Astronomiyası Laboratoriyasının verdiyi məlumata görə, planetimiz G2-G3 səviyyəli güclü plazma dalğasının təsirinə məruz qalacaq.
Buna səbəb martın 16-da Günəşdə birbaşa Yer istiqamətində baş vermiş "M" sinfinə aid güclü partlayışdır. Alimlər bildirirlər ki, partlayışın məhz planetimizlə üzbəüz nöqtədə baş verməsi onun təsir gücünü qat-qat artırır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, G3 səviyyəli (güclü) qasırğa zamanı enerji şəbəkələrində gərginlik artımı və qəzalar, peyk naviqasiyasında, radiokomunikasiyada və internetdə fasilələr, orbitdəki peyklərin işində texniki nasazlıqlar, dünyanın bir çox nöqtəsində qütb parıltılarının (şimal işıqları) müşahidə edilməsi kimi hallar yarana bilər.
Bundan əlavə, Günəşdə yeni "tac dəliklərinin" yaranması geomaqnit vəziyyəti daha da gərginləşdirə bilər.
Qeyd edək ki, belə hallarda adətən meteohəssas insanlara diqqətli olmaq, fiziki yükü azaltmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Adəm
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?














.jpg)






.webp)











.jpg)

