MDB
Tokayevin mümkün varisinin ADI AÇIQLANDI
Yeni vitse-prezident Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin potensial varisi ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun regional layihələr üzrə direktoru Yuri Solozobov məlumat verib.
"Vitse-prezident Kasım-Jomart Tokayevin xələfi ola bilər, həm də kifayət qədər tez bir zamanda", - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, vitse-prezident postuna namizədlər arasında artıq bir neçə fiqur nəzərdən keçirilir. Onların arasında konstitusiya islahatına kuratorluq edən və yeni nəsil siyasətçiləri təmsil edən dövlət müşaviri Erlan Karin, habelə Senat və Məclisin (Qazaxıstan parlamentinin iki palatası) sədrləri Maulen Aşimbayev və Erlan Koşanov var.
Yuri Solozobov, həmçinin vitse-prezident postunun tətbiqini Qazaxıstanın yeni konstitusiyasının əsas müddəalarından biri adlandırıb. Bu vəzifə respublikada hələ 1990-cı illərdə mövcud olub, lakin həmin dövrdə özünü doğrultmayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 17-də ölkənin yeni konstitusiyasını təsdiqləyib. O, martın 15-də keçirilmiş referendumun yekunlarına əsasən qəbul edilib. Yeni əsas qanun layihəsini səsvermə iştirakçılarının 87 faizi bəyənib.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
