İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
Bizi izləyin

Dünya

İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı

İran Qətərin və dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirib.

Publika.az xəbər verir ki, zərbə səbəbilə Ras-Laffan neft-qaz kompleksində güclü partlayış baş verib və genişmiqyaslı yanğın qeydə alınıb.

Qeyd edək ki, Ras-Laffan dünyada mayeləşdirilmiş qaz istehsalının əsas mərkəzlərindən biridir. Burada yerləşən terminallar qlobal LNG tədarükündə mühüm paya malikdir.

Qətər hücumdan sonra İrana qarşı sərt addım ataraq İslam Respublikasının diplomatlarını ölkədən qovub.

Qətər Xarici İşlər Nazirliyi Dohadakı İran səfirliyinə rəsmi nota göndərərək hərbi attaşenin və təhlükəsizlik məsələləri üzrə attaşenin 24 saat ərzində ölkəni tərk etməsini tələb edib. Belə ki, hərbi attaşe, təhlükəsizlik attaşesi və onların əməkdaşları "persona non grata" elan ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm