Dünya
İŞİD Suriyada irəliləyir
Suriyanın Hələb şəhərini ələ keçirmək istəyən terror
təşkilatı İraq və Şam İslam Dövləti (IŞİD) 13 kəndi nəzarəti altına
alıb.
ANS PRESS-in məlumatına görə, Hələb yaxınlığına çoxlu hərbi qüvvə
yığan İŞİD 200 zirehli texnika ilə bu gün səhər hücuma başlayıb.
Terror qruplaşması Azez qəsəbəsinin 5 kilometrliyinə qədər
irəliləyə biliblər.
Hücumlarını davam etdirən İŞİD Əhmədiyyə, Samandere, Söyər,
Yeniyapan, Ahterin, Türkmen Bereh, Karamezere, Dabi, İrşef, Elgöz,
Ezentiye, Harebe və Murda kəndlərini ələ keçirib.
Terror təşkilatı üzvlərinin əhalidə qorxu yaratmaq üçün kəndlərdə
amansız qətllər və işgəncələr həyata keçirdiyi bildirilir.
Qeyd edək ki, İŞİD-in təxminən 5 kilometr yaxınlaşdığı Azez
qəsəbəsi Türkiyədən Suriyaya yardım göndərilən yolun üstündə
yerləşdiyi üçün bölgədə humanitar böhranın daha da kəskinləşəcəyi
gözlənilir.
Başqa bir tərəfdən isə terror qruplaşması Yavuzlar diyarının
qarşısındakı Karamezer və Harebe kəndləri arasındakı təbii qaz boru
xətti və nasos stansiyasının idarəsini də ələ keçirib. Çıxan
silahlı qarşıdurmada ölü və yaralıların olduğu bildirilir. Azad
Suriya Ordusu mənsublarının isə stansiya ətrafına uzaqdan idarə
olunan bombalar yerləşdirdiyi də yayılan məlumatlar
sırasındadır.
Bu arada Azad Suriya Ordusunda vuruşan türkmən zabitlər Türkiyəyə
sığınıblar. Türkmən komandirlərin sorğulanması üçün Elbeyli rayon
Komendantına aparıldığı bildirilir.
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO