Dünya
Rza Zərrab Ebru Gündəşi bu işdə də aldadıbmış
Türkiyədə 17 Dekabr “sui-istifadə əməliyyatı”nda həbs olunan Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündəşə hədiyyə etdiyi 12 milyon dollarlıq “Challenger 300” tipli təyyarənin kirayə götürüldüyü üzə çıxıb.
Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təyyarə “HalkBankı”na bağlı olan “Halk Lizinq”dən kirayə götürülüb.
R.Zərrab əmlakına qoyulan həbsin ləğv edilməsindən sonra təyyarəni geri alması üçün şirkətlə yeni bir müqavilə bağlamalı və toplanmış kreditləri ödəməlidr. Təyyarə ilə bağlı gerçəyin keçən həftə R.Zərrabın vəkillərinin prokurorluğa etdikləri bir müraciətdən sonra üzə çıxdığı bildirilir.
“Challenger 300” tipli xüsusi təyyarə “TC-RZA” adı ilə R.Zərrab adına qeydiyyatdadır. Kanadanın “Bombardier” şirkətinin istehsalı olan təyyarənin 2012-ci il sentyabr ayında satın alınaraq Türkiyəyə gətirildiyi və qiymətinin uçuş saatından asılı olaraq 12-16 milyon dollar arasında olduğu bildirilir. “Challenger 300”ün satış qiyməti isə 24 milyon dollardır.
2009-cu ildə istehsal olunan “Challenger 300” 8 sərnişin daşıya bilir. Peyk telefonunun da olduğu təyyarə 5 min 741 kilometr uçuş məsafəsinə malikddir. 13 min 716 metr yüksəkliyə qalxa bilən təyyarə saatda 870 kilometr sürətlə uca bilir.
Xatırladaq ki, həbs olunduqdan sonra Rza Zərrabın Eberu Gündəşi başqa qadınlarla aldatdığı haqda məlumatlar ortaya çıxmışdı.
Ömər Dağlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO