"Crew Dragon-3" kosmik gəmisi BKS-lə birləşdi
Bizi izləyin

Dünya

"Crew Dragon-3" kosmik gəmisi BKS-lə birləşdi

SpaceX-in göyərtəsində dörd astronavt olan Crew Dragon-3 kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasıyla (BKS) birləşib.

Publika.az xəbər verir ki, proses ABŞ Milli Aeronavtika və Kosmik agentliyinin (NASA) saytında canlı yayımlanıb.

Ekipaja amerikalı astronavtlar Raca Çari, Tom Marşbern və Kayla Barron daxildir. Crew Dragon-un göyərtəsində Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Mattias Maurer də var. Onlar orbitdə təxminən altı ay qalmalı olacaqlar.

Avtomatik rejimdə baş tutan birləşmə təxminən 03:32-də yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm