Dünya
Zərfdə maaş alanlar artır
"Rusiyalıların üçdəbiri kölgə iqtisadiyyatı ilə bağlıdır. Zərfdə
maaş alanların, vergidən yayınanların, əmək müqaviləsi olmadan
işləyənlərin iqtisadiyyatda payı artır".
Publika.az-ın məlumatına görə, bu haqda "İtar-Tass" agentliyi
ekspertlərə istinadla yazıb.
Rusiyanın Milli İqtisadiyyat və İctimai İdarəçilik Prezident
Akademiyası (RANEPA) nəzdindəki mərkəzin apardığı sorğuya görə
keçən il rusiyalıların 11,9 faizi yalnız kölgə əmək bazarında
işləyirdi. 30 milyon rusiyalı kölgə iqtisadiyyatı sxemlərindən
istifadə edir.
Rusiyan baş nazirinin müavini Olqa Qolodets Rusiya iqtisadiyyatının
kölgə hissəsində 20 milyon adamın işlədiyini ehtimal edir.
Rəy sorğusunda iştirak edənlərin 36 faizi deyib ki, əsas gəlirdən
başqa onların daimi olmayan “boz” gəlir yerləri də var.
Zərfdə maaş almaq, hətta rəsmi yerlərdə də kifayət qədər geniş
yayılıb. Zərfdə maaş alanların iqtisadiyyatda payı 2006-cı ildən
bəri 4,4 faiz artıb. ”Boz” ödənişlərin payı 5,6 faiz artıb.
Kölgə xidmətlərindən istifadə edənlərin payı isə daha böyükdür.
2013-cü ilin təkcə bir ayında qeyri-rəsmi təklif olunan
xidmətlərdən rusiyalıların 52 faizi istifadə edib. Orta Rusiya
ailəsi qeyri-rəsmi xidmətlərə ayda 90 dollar verir.
Rəy sorğusuna görə, Rusiya cəmiyyətinin kölgə iqtisadiyyatına
münasibəti tolerantdır. 10,5 faiz hesab edir ki, kölgə
iqtisadiyyatı faydalıdır. 2001-ci ildə belə düşünənlər 2,1 faiz
idi.
Azadlıq Radiosu
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO