Kanadada yük qatarının 39 vaqonu relsdən çıxdı
Bizi izləyin

Dünya

Kanadada yük qatarının 39 vaqonu relsdən çıxdı

Kanadanın Alberta əyalətində yük qatarının 39 vaqonu relsdən çıxıb.

Pulika.az xəbər verir ki, bu barədə "CBC" telakanalı məlumat yayıb.

Məlumata əsasən, insident əyalətin cənub-şərq hissəsində yerləşən Ensayn yaşayış məntəqəsi yaxınlığında baş verib.

"Canadian Pacific Railway" şirkətinə məxsus qatarın bir neçə vaqonunda daha əvvəl təhlükəli maddələrin daşındığı məlumdur. Qəzadan sonra heç bir sızma aşkar edilməyib.

Bildirilir ki, xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm