Dünya
İŞİD Foleynin ailəsindən 132 milyon dollar istəyirmiş
"İraq və Şam İslam Dövləti yaraqlılarının Foleynin
ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon
dollar istəyiblər".
Publika.az-ın məlumatına görə, bu haqda Frans Press agentliyi
amerikalı jurnalist James Foleynin azad olunması cəhdlərində
bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verir.
Eyni mənbə bildirir ki, avqustun 13-də Foleynin ailəsi ikinci
məktubu alıb. Orda yaraqlılar bildirirdi ki, ABŞ-ın hava
zərbələrinə cavab olaraq Foley edam olunacaq.
Foleyin işlədiyi GlobalPost isə bildirib ki, əslində daha çox pul
istənilib. GlobalPost xəbər saytının sözçüsü Frans Pressə deyib:
"GlobalPostun icra rəhbəri Philip Balboni bildirir ki, yaraqlılar
100 milyon avro istəyib, yəni 132 milyon dollar."
Frans Press Foley ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı
Nikolas Heninlə də danışıb. Henin deyib: “Azad etdirmək üçün pul
verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti
mürəkkəbdir”.
Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən
başqa bir fransalı agentliyə deyib: “Əsirlikdə amerikalılar və
avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki,
bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad
etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri
bizimkindən güclüdür”.
Qeyd edək ki, 2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı
jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O
media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən
azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar.
Azadlıq Radiosu
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO