Dünya
"Ebola" qarşıdurma yaratdı
Liberiyada "Ebola" virusuna qarşı sərt tədbirlər
qarşıdurmalara səbəb olub.
Publika.az-ın məlumatına görə, hökumət paytaxt Monrovianın bir neçə
bölgəsində insanların küçələrə çıxmasına qadağa qoyub. Buna etiraz
edən yerli sakinlər isə, etiraz aksiyası keçirməyə cəhd
göstəriblər. Hərbi qüvvələrin aksiyaya müdaxiləsi qarşıdurmalarla
nəticələnib. Hərbçilər qarşıdurmalar zamanı fəallara atəş açıblar.
Nəticədə 4 nəfər yaralanıb. Buna baxmayaraq, müdafiə naziri Brauni
Samukai hərbiçilərə atəş əmri vermədiyini deyib.
Hökumət virusun qarşısını almaq üçün paytaxtın bir neçə yaşayış
sahəsini karantin zonası elan edib. Məlumata görə, təxminən, 50
minə yaxın insan karantin nəzarətinə götürülüb. Ötən gün nazir
qohumlarının bölgədən çıxarılması geridə qalan insanların
narahatlığını artırıb.
Liberiyada indiyə qədər bu xəstəlikdən 570 nəfər dünyasını dəyişib.
Qərbi Afrikada, ümumilikdə, ölənləri sayı isə, 1350-yə çatıb. Bu
barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib.
Virus ilk dəfə 2013-cü ilin dekabr ayında Qvineyada baş qaldırıb.
Ölümcül virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada
geniş yayılıb.
Bir müddət əvvəl virusa yoluxaan Amerikalı səhiyyə işçilərindən xoş
xəbər gəlib. Amerikalı həkimlər xəstənin tam sağaldığını
bildiriblər. Xəstənin müalicəsində “ZiMəp” adlanan dərmandan
istifadə olunub. Corciya ştatında müalicə alan Kent Brentli artıq
xəstəxananı da tərk edib. Brentli çıxışı zamanı sağ qalmasını
möcüzə adlandırıb.
“Mart ayında Qvineyada "Ebola" virusunun baş qaldırdığını və
Liberiyaya yayıldığını öyrəndikdə artıq ən pis vəziyyətə hazır
idik. İyun ayına qədər heç bir xəstə qəbul etməmişdik. Lakin ilk
xəstəni qəbul etdikdən sonra iyulun 23-də səhər yerimdən üzərimdə
ağır bir yük varmış kimi oyandım. "Ebola" virusuna yaxalandığım
məlum olduqda isə, həyatım dəyişməyə başladı”.
Amerikada ilk dəfə meymunlar üzərində sınaqda keçirilən
antibiotikin hələ bütün insanlar üzərində eyni təsirə malik ola
biləcəyi məlum deyil. Amerikalı həkimlər həmkarlarını ehtiyatlı
olmağa çağırıblar.
Associated Press
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO