Dünya
Yaponiyanın sabiq baş naziri vəfat etdi
Yaponiyanın sabiq Baş naziri, 1991-ci ildə ölkənin özünümüdafiə qüvvələrini İran körfəzinə göndərməsilə ölkə tarixinə düşən Toşiki Kayfu 91 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno onun yanvarın 9-da vəfat etdiyini bildirib. Sabiq Baş nazirin vəfat etməsinin səbəbləri barədə məlumat verilmir.
“T.Kayfu İran körfəzində müharibə də daxil olmaqla özünü mürəkkəb beynəlxalq şəraitdə çoxsaylı problemlərin həllinə həsr etmişdir”, - deyə baş katib bildirib.
Qeyd edək ki, Naqoyada anadan olan T.Kayfu qanunvericinin katibi kimi əmək fəaliyyətinə başlamış, ilk dəfə 1960-cı ildə nümayəndələr palatasının üzvü seçilmişdir. 1989-cu ilin avqustunda Yaponiyanın Baş naziri vəzifəsinə təsdiq olanadək o, Nazirlər Kabineti baş katibini müavini və təhsil naziri kimi mühüm vəzifələrdə çalışmışdır.
1990-cı ildə İraqın Küveytə hücumundan sonra T.Kayfu Yaponiya özünümüdafiə qüvvələrinin İran körfəzinə göndərilməsi barədə qərar qəbul etmişdi. Həmin vaxt ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Yaponiyanı ümumi işə yalnız 13 milyard dollar yardım göstərməsi ilə bağlı kəskin tənqid etmişdilər.
Bu yaxınlarda ictimaiyyətə açıqlanan diplomatik sənədlərdə ABŞ-ın sabiq Prezidenti ata Corc Buşun Yaponiyanın özünümüdafiə qüvvələri də daxil olmaqla müvafiq maddi-texniki dəstəyin göstərilməsi üçün ona etdiyi güclü təzyiq barədə məlumatlar yayılıb.
Ölkənin siyasi sistemini dəyişmək barədə verdiyi vədləri həyata keçirə bilməyən T.Kayfu 1991-ci ilin noyabrında müvafiq qanunvericilikdə dəyişikliklərə nail olmadığına görə istefa verməyə məcbur olmuşdu.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto