Dünya
Başına buzlu su əvəzinə qum tökdü (VİDEO)
Son günlər məşhurların da dəstək verdiyi ALS xəstəliyinə diqqət
çəkmək və ondan əziyyət çəkənlərə ianə toplamaq üçün həyata
keçirilən “Buzlu su” kampaniyası artıq bir çox insanlar arasında
əyləncəyə çevrilib. Lakin onlardan fərqli olaraq, bu kampaniyanın
məqsədini başqa yönə dəyişmək və dünya ictimaiyyətinə görmək
istəmədikləri reallıqları göstərmək istəyən fəallar da var.
Publika.az-ın "haberturk" saytına istinadən məlumatına görə,
İordaniyada yaşayan bir gənc “Buzlu su” kampaniyasına qarşı çıxaraq
maraqlı addım atıb. O, “kampaniyanın şərtlərinə görə, xəstəliyi
hiss emtək üçün ya başına buzlu su tökməlisən, ya da 1000 dollar
ianə verməlisən” fikrini tənqid edərək, “məgər o xəstəliyi hiss
emətk üçün mütləq başımıza su tökməliyik?” deyə sual verib.
“Qəzzada uşaqların başına evlər uçur, amma heç kim onlar üçün bir
addım atmır. Bu da Qəzzadakı uşaqların hiss etdiyidir.” – deyərək o
vedrədəki daş və torpağı başından aşağı töküb. O düşünür ki, başına
buzlu su tökənlər buna baxıb utanacaq.
Qeyd edək ki, "Amyotrofik lateral skleroz (ALS)" xəstəliyi üçün
təşkil edilən yardım kompaniyasına dünya ulduzları ilə yanaşı,
yerli şou-biznesin nümayəndələri də qatılıb.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO