Dünya
PKK terror təşkilatları siyahısından çıxarılır?
“İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı döyüşən PKK
Avropa Birliyinin terror təşkilatları siyahısından çıxarıla
bilər.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Danimarkanın tanınmış
qəzetlərindən olan “Berlingske” bildirib.
Qəzet yazır ki, Avropa Parlamenti və quruma üzv ölkələrin
parlamentlərində PKK-nın terror təşkilatları siyahısından
çıxarılması yönündə çağırışlar səslənir.
Qeyd edək ki, iki gün əvvəl “Röyters” xəbər agentliyi ABŞ-da da
PKK-ya qarşı münasibətin dəyişdiyini bildirmişdi. Agentlik yazırdı
ki, İŞİD təşkilatına qarşı döyüşə qatılan PKK ABŞ-ın gözlənilməz
müttəfiqinə çevrilib.
Avropalı bir diplomat düşünür ki, PKK-nın İraqdakı fəaliyyəti
onun Avropa Birliyinin terror təşkilatları siyahısından
çıxarılmasına kömək edə bilər. Ancaq diplomat Avropa Birliyinin
Türkiyə ilə razılaşmadan PKK-nın terror təşkilatları siyahısından
çıxarılmasının qeyri-mümkün olduğunu bildirib.
Ömər Dağlı
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO