Dünya
İrəvanda cümə namazı qılmaq istəyi
İqdır vilayətindəki bəzi QHT-lər və dərnəklər Ermənistanın paytaxtı İrəvandakı tarixi “Göy Məscid”də cümə namazı qılmaq üçün Türkiyə Xarici İşlər nazirliyinə müraciət ediblər. Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey keçirdiyi mətbuat kofransında məlumat verib.
11 dərnək və QHT adından çıxış edən Güıbey Türkiyə hökumətinin
bu ölkədə yaşayan ermənilərə ibadət hüququ verdiyini xatırladıb.
Eyni hüquqdan Türkiyə vətəndaşlarının istifadə etməsinin labüd
olduğunu deyən ASİMDER rəhbəri Türkiyənin atdığı xoşməramlı addımı
Ermənistandan da gözlədiklərini vurğulayıb.
“Bu, xoşməramlı niyyətini nümayiş etdirmək istəyən Ermənistan üçün
fürsətdir. İrəvandan zorla deportasiya olunan müsəlman-türk
ailələrinin nəvələri kimi tarixi “Göy Məscid”də cümə namazı qılmaq
istəyirik. Bu mövzuda Ermənistan dövlətinin xoş məramlı hərəkət
etməsini gözləyiriik”.
Bu məqsədlə Xarici İşlər Nazirliyinə müraciət etdiklərini deyən
Gülbəy, Türkiyədə ermənilər ibadət edə bilirsə, Türklərin də
Ermənistanda azad ibadət hüququ olmasının vacib olduğunu
vurğulayıb:
“İbadətimizi İrəvanda icra etmək üçün Xarici İşlər Nazirıliyinə
müraciət etdik. Türkiyədə erməni icması azad və təhlükəsiz mühitdə
ibadətlərini yerinə yetirirlər. Biz də atalarımızın deportasiyaya
məcbur edildiyi torpaqlarda namaz qılmaq istəyirik. Bu məsələdə
rəsmi İrəvandan xoşgörü gözləyirik. Ölkəmizdəki ermənilər
ibadətlərini təhlükəsiz şəkildə yerinə yetirə bilirlərsə, bunu biz
də etməliyik!”.
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
-
Magazin129 May 20:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil29 May 20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil29 May 19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...