Dünya
Jirinovski haqda SENSASİON XƏBƏRLƏR: COVID deyil, zəhərləyiblər
Rusiya siyasi çevrələrində əsas müzakirə mövzusu eyni vaxtda üç parlament partiyasının - Vladimir Jirinovski (RLDP) və Gennadi Züqanovun (RKP) xəstənlənməsi ilə bağlı baş alıb gedən şayiələr və iddialardır.
Rusiyanın ən tanınmış siyasətçilərindən olan Liberal Demokrtalar Partiyasının lideri Jirinovskin ağciyərlərinin 75 faizinin zədələndiyi, hətta süni nəfəs apartına qoşulduğu haqda məlumatlar yayılıb. Səkkiz dəfə peyvəndi olmasına baxmayaraq, Jirinovskinin koronavirusu ağır keçirməsi ən müxtəlif şaiyələrə səbəb olub.
Publika.az xəbər verir ki, Musavat.com Rusiya mediasına istinadən bildirir ki, Jirinovskinin “kovid” deyil, zəhərləndiyinə dair iddialar var.
LDP liderinin səhhətinin ağırlaşması, hətta yaxın adamlarını tanımadığı haqda xəbərlər fonunda partiyadaşları sırasında kimin onun yerini tutacağı da aktiv müzakirə mövzusuna çevrilib. “Bir liderin partiyası” olsa da, illərdir Kremlin demokratiya imitasiyası sistemində yer alan LDP-yə Jirinovskidən sonra kimin rəhbərlik edəcəyini başlı-başına buraxmaq da olmaz. Üstəlik, partiyanın stabil seçici kütləsi də var. Jirinovskinin yerinə kimin gələ biləcəyi haqda iddialar sırasında real olanı da var, hətta ekzotik görünəni də. . Məsələn, Liberal Demokrat Partiyasının rəhbəri postuna namizədlər arasında “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironovun namizədliyi müzakirə edilir. Liberal Demokrat Partiyasının rəhbərinin Xabarovsk qubernatoru Mixail Deqtyarovun olması variantı da var. Deqtyarov “narahat regionda güclü etiraz dalğasına” qalib gələrək, özünü Kremlə tamamilə sadiq siyasətçi kimi göstərib.
src="/storage/files/upload/86b39c9d979495b2811ed1a985ef99e9.jpg" alt="Без названия.jpg (9 KB)" width="561" height="373" class="fr-fic fr-dii">
Lakin burada ən gözlənilməz versiya Kremlin Jirinovskinin varisi, keçmiş prezident və baş nazir, indi isə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyevin adının hallanmasıdır.
Bu versiyaya görə, 2021-ci ilin payızındakı parlament seçkilərindən sonra Vahid Rusiya partiyasının rəhbəri Dmitri Medvedyevin kreslosunu başqa adama həvalə edilməsi də müzakirə mövzududur. Bu versiyaya görə, Medvedyev hakim partiyadan ayrılıb liberalların rəhbəri ola bilər, bununla da gerçək liberal-demokrtaları Kremlin xeyrinə yönləndirə bilər. İstisna edilmir ki, bu halda Medvedyevin rəhbərlik edəcəyi partiyanın adı Jirinovski ilə bərabər “dəfn edilə” də bilər.
Bəs o zaman Medvedyevin yerinə kim Vahid Rusiyaya sədr göndəriləcək? Sualı üzərində də müxtəlif versiyalar qurulur. Bildirilir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun idarəçiliyindən narazılıq var və onu şimal paytaxtındak rəhbərlikdən uzaqlaşdırmaq istəıyirlər. Beləliklə, birinci versiyaya görə, zəngin aparat təcrübəsi ilə Beqlov hakim partiyaya rəhbər gətirə bilər.
Sankt-Peterburq qubernatorunun isə Pskov vilayətinin keçmiş rəhbəri, hazırda Vahid Rusiyanın Aparat rəhbəri Andrey Turçakın ola biləcəyi deyilir. Yada salaq ki, Turçakın adı neçə vaxtdır Vladimir Putinin gələcək varisi kimi də hallanır. Digər variant isə baş nazir Mixail Mişustinin Vahid Rusiya partiyasının rəhbəri olmaq istəməsi barədədir. Guya onun prezident seçkilərində namizədlər siyahısında onun adının da düşmək şansı var.
Nəhayət, Moskva meri Sergey Sobyaninin hakim partiyanın rəhbəri olacağı ehtimal edilir. Düzdür,deyirlər ki, bürokratik rıçaqlardan istifadə etməyi bilən Moskva meri üçün bu, siyasi çəkisini artırmaq üçün çox real fürsət olsa da, onun özü çətin ki, indi belə transferə razı olsun.
src="/storage/files/upload/f89c9199fb2ebc307f9ed79e3c29b112.jpg" alt="zuqanov.jpg (41 KB)" width="637" height="400" class="fr-fic fr-dii">
Jirinovskinin xəstəxanaya yerləşdirilməsi xəbərinin ertəsi günü Rusiyanın əsas kommunisti Gennadi Züqanovun da xəstəxanaya düşdüyü xəbəri yayıldı. Onun səhhəti ilə də bağlı heç bir etibarlı məlumat yoxdur. Yalnız partiyadan bilrilib ki, Kommunist Partiyasının rəhbəri illik tibbi müayinədən keçir və onun koronovirusa yoluxması haqda xəbərlər şişirildilib.
Lakin bu təkzib Züqanovun yerinə də mümkün iddiaçıların müzakirəsinə mane ola bilməyib. Burada Züqanovun varisi kimi ənənəvi olaraq tanınmış partiya funksionerləri Yuri Afonin və İvan Melnikovun adları çəkilir. Amma Kommunist Partiyası Liberal Demokrat Partiyası deyil. Kreml buradan öz dəstəyini “alqı-satqı” yolu ilə deyil, daha çox “diplomatiya” yolu ilə əldə edir. Rusiya mediası tamamilə mümkün hesab edir ki, Kommunist Partiyasına liderlik mövzusunda danışıqlar çoxdan gedir.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...