Dünya
Venesueladan bu ölkələrə diplomatik məhdudiyyət: 48 saat ərzində...
Venesuela hökuməti Niderland, Fransa və İtaliyaya qarşı "düşmən davranışı" və "ekstremist qruplara dəstək" göstərdikləri üçün diplomatik məhdudiyyətlər qoyub.
Publika.az xəbər verir ki, Venesuela hökuməti sözügedən ölkələrdən 48 saat ərzində səfirliklərində akkreditə olunmuş diplomatların sayını 3-ə endirmələrini istəyib.
Venesuelanın xarici işlər naziri İvan Gil bununla bağlı “Telegram” hesabında açıqlama verib:
“Venesuela sabitliyini, suverenliyini və öz səyləri ilə əldə etdiyi sülh yolunu təmin etmək üçün beynəlxalq hüquqa uyğun addımlar atmağa davam edəcək. Niderland, Fransa və İtaliya səfirliklərində çalışan diplomatlar Karakasdakı Bolivar Meydanından 40 kilometrdən çox məsafə qət etdikləri təqdirdə Venesuela Xarici İşlər Nazirliyindən yazılı icazə almalıdırlar”.
Gil Venesuelanın xüsusilə Vaşinqtonun təsiri altında olan ölkələrdən Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində yer alan suverenlik və öz müqəddəratını təyinetmə prinsiplərinə hörmət gözlədiyini vurğulayıb və bu istiqamətdə tələblərini təkrarlayıb.
Aysel Şahmar
-
Region01:41Ərdoğan Trampla hansı məsələləri müzakirə edib?
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onlar sizin tərəfinizdə olacaqlar
-
İdman27 Yanvar 23:48İtaliya klubu Maldininin oğlunu transfer etdi
-
Sosial27 Yanvar 23:00“Dedim, gəl toyu edək, qızı tapanda evlənərsən” - VİDEO
-
Sosial27 Yanvar 22:48Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI
-
Avropa27 Yanvar 22:36"Naməlum obyektlər" peyda oldu, hava limanına giriş bağlandı
-
Səhiyyə27 Yanvar 22:00Burun əməliyyatı HƏYATINI QARALTDI - Paytaxt sakini həkimi məhkəməyə verdi / VİDEO
-
Sosial27 Yanvar 21:00Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ









.jpg)




















.jpg)


