ABŞ səfirliyi Rusiyada terror təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

Dünya

ABŞ səfirliyi Rusiyada terror təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada yaxın gələcəkdə baş verə biləcəyi ehtimal edilən terror aktları barədə xəbərdarlıq edib.

Publika.az Lenta.ru saytına istinadən xəbər verir ki,xəbərdarlıq səfirliyin saytında dərc olunub.

Xəbərdarlıqda qeyd edilib ki, mətbuatda yayılan məlumatlara görə, ticarət mərkəzlərinə, dəmiryol vağzallarına, metro stansiyalarına və insanların sıx toplaşdığı digər yerlərə hücumlar mümkündür. Moskva və Sankt-Peterburq kimi iri şəhərlər, həmçinin Rusiya-Ukrayna sərhədi boyunca “yüksək gərginlik” olan ərazilər də risk altındadır.

Səfirlik Rusiyada yaşayan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm