ABŞ Suriyaya hava hücumuna hazılaşır
Bizi izləyin

Dünya

ABŞ Suriyaya hava hücumuna hazılaşır

ABŞ-ın mətbu orqanı “Wall Street Journal” bildirir ki, ölkənin müdafiə nazirliyi gələcək hücumlar üçün məlumat yığmaq məqsədi ilə Suriyaya pilotsuz təyyarələr göndərməyə hazırdır.

Publika.az-ın məlumatına görə, nəşr Ağ Ev administrasiyasının adı çəkilməyən nümayəndələrinə istinad edərək bildirir ki, Suriyaya mümkün hücumlar son həftələr ərzində İraqda hədəfdə olan “İslam dövləti” yaraqlılarına qarşı yönələ bilər.

Mənbə bildirir ki, ABŞ mərkəzi ordu qüvvələri müdafiə nazirliyindən artıq lazım ola biləcək təyyarələrin təmin edilməsini istəyib. Uçuşlar yaxın günlərdə nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm