Dünya
Əlişir Usmanovun yaxtası müsadirə olundu - FOTO
Rusiyalı milyarder Əlişir Usmanov Avropa İttifaqının sanksiyalarına məruz qalıb və Hamburqdakı gəmiqayırma zavodunda olan “Dilbar” yaxtasını itirib.
Publika.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, dəyəri təxminən 600 milyon dollar olan gəmi Almaniya hakimiyyəti tərəfindən müsadirə edilib.
Bildirilir ki, yaxta Blohm+Voss tərsanəsində yenidən qurulmalı idi. Gəmi Usmanov tərəfindən 2016-cı ildə alınıb, o, Almaniyanın “Lürssen” şirkəti tərəfindən sifarişlə 52 ay müddətinə tikilib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovla yanaşı, daha 25 nəfərə də sanksiya tətbiq edib. Xüsusilə, bunlar iş adamları Əlişir Usmanov, Pyotr Aven, Mixail Fridman, Aleksandr Ponomarenko, Gennadi Timçenko, Aleksey Mordaşovdur. Onların hamısının Aİ-yə girişi qadağan edilib və ittifaqın ərazisində aktivləri dondurulacaq.
Russian billionaire Alisher Usmanov's 512-foot yacht has been seized by German authorities in the northern city of Hamburg. https://t.co/yQh7rE4DMypic.twitter.com/U1dVRVBIBc
— Forbes (@Forbes) March 2, 2022
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
















.jpg)














