Britaniyada Aİ ilə razılaşma mübahisə yaratdı: Ailələrin xərcləri arta bilər
Bizi izləyin

Avropa

Britaniyada Aİ ilə razılaşma mübahisə yaratdı: Ailələrin xərcləri arta bilər

Britaniyada Aİ ilə razılaşma mübahisə yaratdı: Ailələrin xərcləri arta bilər

Böyük Britaniyada müxalifətdəki Mühafizəkarlar Partiyası Baş nazir Endi Börnhemin Avropa İttifaqı ilə əldə etdiyi yeni razılaşmanın ailələrin illik xərclərini 281 funt sterlinq artıracağını iddia edib.

Publika.az “The Telegraph”a istinadən xəbər verir ki, razılaşmaya əsasən, Böyük Britaniya və Aİ karbon emissiyalarının ticarəti sistemlərini birləşdirəcək. Mühafizəkarların hesablamalarına görə, bu addım yanacaq xərclərini ildə 156 funt, qaz xərclərini isə 125 funt artıracaq.

Bununla belə, Britaniya hökuməti bu hesablamaları əsassız adlandırıb. Rəsmi London razılaşmanın biznes və istehlakçılar üçün xərcləri azaldacağını bildirir. Yeni sistemin 2028-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm