Dünya
Merkel və Ollanddan Putinə ultimatum
Avropa Birliyi Rusiyaya təzyiqi gücləndirməyə çalışır.
Axar.az Almaniyanın "Die Zeit" qəzetinə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Şərqi Ukraynadakı separatçılar Kiyevlə barışığa razılıq verməyəcəkləri halda, Rusiyaya daha sərt sanksiyalar tətbiq etməyə hazır olmaları ilə bağlı Vladimir Putinə xəbərdarlıq ediblər. Telefon danışı zamanı Almaniya və Fransa liderləri Putini Şərqi Ukraynadakı separatçılara təzyiq göstərməyə çağırıblar. Fransa prezidenti administrasiyasında bildiriblər ki:
”Əgər bu, baş verməsə, beynəlxalq cəmiyyət Rusiya barədə tədbirlər görəcək”.
Xatırladaq ki, Poroşenko şərqdəki qətllərdə iştirak etməyən separatçılara silahı yerə qoymağı təklif edib. Bunun üçün onlara amnistiya veriləcəyi vədi verilib. Donbassdakı separatçılar isə bu təklifdən imtina ediblər. Eyni zamanda, NATO bildirir ki, Rusiya öz qoşunlarını yenidən Ukrayna sərhədlərinə yeridir.
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO