Dünya
Putin oliqarxlarının yaxtaları: ov davam edir
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə görə Putinə yaxın oliqarxlar bir-birinin ardınca öz dəbdəbəli “oyuncaqlarından”-hər birinin dəyəri yüz milyonlarla dollar olan lüks yaxtalarından məhrum olurlar.
Publika.az Virtualaz.org-a istinadla xəbər verir ki, ötən gün İspaniya polisi Kataloniyanın Tarraqona limanında “Rosneft” in baş direktoru, Putinin “boz kardinalı” hesab edilən İqor Seçinin “Cresent” adlı meqa-yaxtasını müsadirə edib. Bu haqda “Reuters” polisdəki mənbələrə istinadən xəbər verib. İqor Seçin Avropa İttifaqının sanksiyalar siyahısındadır.
src="/storage/files/upload/400151_src.jpg" class="fr-fic fr-dii">
"Cresent" əldən getdi...
“Marine Traffic” monitorinq saytının məlumatlarına görə, Kayman adaları bayrağı altında üzən 135 metrlik yaxta İspaniya limanına 2021-ci ilin noyabrında yan alıb. Onun dəyəri 600 milyon dollardır.
Bundan bir gün əvvəl isə İspaniya hakmiyyəti digər rusiyalı oliqarx Aleksandr Mixeyevin “Lady Anastasia” adlı yaxtasını müsadirə etmişdi. Yaxtanın dəyəri yüz milyonlarla dollardır.
src="/storage/files/upload/400152_src.jpg" class="fr-fic fr-dii">
və "Lady Anastasia"...
Rusiyalı oliqarxların yaxtalarına və digər aktivlərinə qarşı başladılmış misli görünməmiş təqib kampaniyası çərçivəsində bundan əvvəl daha bir neçə iri oliqarx öz lüks “oyuncaqlarından” məhrum olub.
Belə ki, Putinə yaxın oliqarxlardan Əlişir Usmanovun 600 milyon dollarlıq “Dilbar” adlı yaxtası İtaliyada müsadirə edilib. Yaxta 2016-cı ildə Almaniyanın “Lürssen” gəmi tərsanəsi tərəfindən hazırlanmışdı.
src="/storage/files/upload/400153_src.jpg" class="fr-fic fr-dii">
Usmanov "Dilbər"indən ayrıldı
Oliqarx, 23 milyard dollarlıq sərvətə malik olan Aleksey Mordaşevin 65 metr uzunluğunda olan “Lady M” adlı yaxtası da İtaliyanın İmperiya limanında müsadirə edilib. Yaxtanın dəyəri 65 milyon dollardır. Sürətli yaxta Atlantik okeanını 8 günə keçə bilir, onun forması irəli sıçrayan yaquarı xatırladır. Mordaşev 2021-ci ilin oktyabrında bu yaxtanı satışa çıxarmışdı, çünki özünə “Nord” adlı 142 metrlik yeni yaxta almışdı.
src="/storage/files/upload/400154_src.jpg" class="fr-fic fr-dii">"Lady M" də əldən getdi
Habelə rusiyalı biznesmen Sergey Qalitskinin 104 metrlik “Quantum Blue” adlı yaxtası da bu günlərdə Monakoda müsadirə olunub. O, dünyanın 30 ən iri yaxtası arasında yer alır və qiyməti yüz milyonlarla dollardır.
src="/storage/files/upload/400155_src.jpg" class="fr-fic fr-dii">"Quantum Blue"
Putinin yaxın çevrəsinə daxil olan digər rusiyalı oliqarx, “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun 85 metrlik “Valerie” adlı yaxtası isə İspaniyanın Barselona limanında yaxalanıb. Yaxtanın dəyəri 140 milyon dollardır, o Almaniyanın “Lürssen” tərsanəsində 2011-ci ildə yığılıb.
src="/storage/files/upload/400156_src.jpg" class="fr-fic fr-dii">
Çemezovun itirdiyi "oyuncağı"
“Rosneft” rəhbəri İqor Seçinin “Amore” adlı 86 metrlik yaxtası da daha əvvəl müsadirə olunmuşdu. Yaxtanın dəyəri 120 milyon dollara yaxındır.
Rusiyalı digər oliqarx Andrey Melniçenko da özünün 143 metrlik yaxtasından məhrum olub. Onun “A” adlı yaxtası Avropa limanlarından birində yaxalanıb, dəyəri 530 milyon dollardır. Melniçenko Rusiyanın ən zənginləri sırasında 6-cı sırada yer alır.
src="/storage/files/upload/400157_src.jpg" class="fr-fic fr-dii">
"A" daha Andreyin deyil
Yaxtalarla yanaşı rusiyalı oliqarxlar Avropa ölkələrindəki dəbdəbəli mülklərindən və digər aktivlərindən də məhrum olurlar. Hazırda onların aktivlərini "ovlamaq" üçün ABŞ xüsusi xidmət orqanlarının xüsusi əməliyyat qrupu işləyir.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...