Dünya
Putinin bu görüntüsü GÜNDƏM OLDU: Niyə masadan yapışır? - VİDEO
Rusiya Prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqunun görüşünün görüntüləri ölkə liderinin səhhətinin vəziyyəti ilə bağlı xeyli suallar yaradıb.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bir çox media orqanı Putinin masa arxasında qeyri-adi duruşuna diqqət çəkib.
Kadrlarda Putinin masanı Şoyqu ilə arasına sıxaraq stulda əyilmiş vəziyyətdə olduğu görünür. Bu səbəbdən onun səhhətində problemlərin olması ilə bağlı fikirlər səsləndirilib.
Yazıçı və Britaniyanın keçmiş deputatı Luiza Menş keçən ay yazdığı məqaləyə istinad edərək, Putinin xəstəliyi gizlədə biləcəyini irəli sürüb:
src="/storage/files/upload/4defc1209947669ca1bd4d6bd4fe5b9bd92a4142.jpg" style="width: 465px; height: 261.95px;" class="fr-fic fr-dib">
“Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu bildirdim və burada onun titrəyən əli görünməməsi üçün masadan necə yapışdığını görə bilərsiniz, lakin o, ayağına toxunmağı dayandıra bilmir”.
“Yalnız mənə elə gəlir, yoxsa Putin həqiqətən də müharibənin hər günü daha az sağlam və gücsüz görünür? Mən bu gün və fevralın sonunda Putinin görkəmi ilə bağlı ciddi fərq görürəm”, - jurnalist İlya Ponomarenko bildirib.
Qeyd edək ki, Putinin əksər görüşlərində sağ əli ilə masadan tutduğu görünür və bu fakt onun vərdişinə işarə edir.
Eyni zamanda, iki gün öncə Paşinyanla görüşdə Putinin “titrəməsinə” aid heç bir nüans diqqəti çəkmir.
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır








































