Dünya
ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edir
ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edir. İlkin mərhələdə səfirlik Lvovda fəaliyyət göstərəcək, mayın sonunda isə paytaxta köçməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Lvovda keçirilən brifinqdə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin məlumat verib.
“Əvvəlcə Polşadan Ukraynaya getməyi planlaşdırırıq. Sonra zamanla Lvovda 3 həftə qalmağı düşünürük və ayın sonuna qədər Kiyevə köçmək imkanımız olacağına ümid edirik”, - deyə o bildirib
K.Kvin jurnalistlərin Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın dediyi kimi, təhlükəsiz olduğunu və bir çox səfirliyin paytaxta qayıtdığını, ancaq ABŞ səfirliyinin niyə dərhal Kiyevə qayıtmaması ilə bağlı suallarını da cavablandırıb: “Mənim əsas vəzifəm əməkdaşlarımızın təhlükəsizliyidir. Biz də onların bizə dediklərinə qulaq asırıq ki, bunun nə qədər təhlükəsiz olduğunu söyləyirik. Və buna uyğun olaraq, tövsiyə və icazə olarsa, qayətmağa məmnun olarıq”.
Onun sözlərinə görə, təhlükəsizlik vəziyyəti Ukraynanın paytaxtına getməyə imkan verən kimi “Kiyevdə uzun müddət qalacaqlar”.
-
Avto18:48Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın 5 QIZIL QAYDASI
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO



































