Estoniya Parlamentinin sədri Azərbaycana gəldi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Estoniya Parlamentinin sədri Azərbaycana gəldi - YENİLƏNDİ

Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yuri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

xxx

21:43

Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.

Publika.az xəbər verir ki, bu barədə Yuri Ratas "Facebook" səhifəsində məlumat verib.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm