Dünya
İsrail Fələstinin ərazisini zəbt etdi
İsrail bəyan edib ki, işğal altında olan İordan çayının
Qərb Sahilində 4 kvadrat kilometr Fələstin torpağını müsadirə
edəcək.
Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, Beytlehemin
cənubundakı ərazini ələ keçirmək barədə qərar, İsrailin 30 il
ərzində etdiyi zəbt etdiyi ən böyük torpaqlardır.
Ordunun idarə etdiyi yerli administrasiya bildirib ki, bu, iyunda
həmin ərazidə üç gənc yəhudinin qaçırılmasına və qətlə
yetirilməsinə cavabdır.
The Wall Street Journal yazır: “Bu sionistlərin fələstinlərdən
qisasıdır”.
Fələstinlilər deyiblər ki, İsrailə qarşı diplomatik addımlar
atılmalıdır. ABŞ İsraili bu qərardan geri dönməyə çağırıb.
Qaş Etzion ərazisindəki torpaqların zəbt edilməsi Gevatot adlanan
məskunlaşmanın genişləndirilməsinə yol verir.
Fələstinin baş vasitəçisi Saeb Erekat deyib ki, dünya birliyi
"İsrailin Qərb Sahilində və Şərqi Qüdsdə davam edən məskunlaşma
fəaliyyətinə" görə İsraili məsuliyyətə cəlb etməlidir.
Eyni zamanda Reuters agentliyinin ABŞ Dövlət Departamentinin
rəsmisindən gətirdiyi sitata görə İsrailin addımı "İsrailin bu
addımı fələstinlilərlə iki dövlətli həll məqsədinə ziddir".
Fələstinlilər istəyirlər ki, dövlətləri İsrailin 1967-ci ildə zəbt
etdiyi bütün torpaqları geri qaytarsın. Lakin, Qərb Sahilində
tikilən 200-dən artıq məskunlaşmada artıq 500 000-ə yaxın yəhudi
yaşayır. Beynəlxalq qanunvericiliyə görə, bu məskunlaşmalar
qanunsuzdur, amma İsrail bununla razı deyil.
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!