Putin vətəndaşlarla birbaşa ünsiyyətdən yayındı: “Daha vacib işlər var”
Bizi izləyin

Dünya

Putin vətəndaşlarla birbaşa ünsiyyətdən yayındı: “Daha vacib işlər var”

Bu il prezident Vladimir Putinlə “birbaşa xətt” əvvəlki vaxtlara nisbətən gec baş tutacaq.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Birbaşa xətt mütləq olacaq. O, unudulmayıb, üstəlik ona tələbat var”, - deyə Peskov bildirib.

Bununla belə Kreml nümayəndəsi qeyd edib ki, hazırda prezidentin qarşısında çoxlu mühüm məsələlər var. “Ona görə də bir az sonra. Amma bu, mütləq olacaq”, - deyə o əmin edib.

Daha əvvəl Peskov bildirmişdi ki, “birbaşa xətt” iyunun 15-dən 18-dək keçirilən Peterburq Beynəlxalq İqtisadi Forumundan (SPIEF) sonra baş tutacaq. Lakin az sonra Peskov iyunda Putinlə “birbaşa xətt”in keçiriləcəyini istisna edib.

“Birbaşa xətt” 2001-ci ildən başlayaraq hər il (2004, 2012 və 2020-ci illər istisna olmaqla) keçirilir. Vətəndaşlar efirdə Putinə suallar ünvanlayır, o da cavab verir. 2020-ci ildə pandemiyanın başlanması ilə əlaqədar “birbaşa xətt” təxirə salınıb.

2021-ci ildə isə “birbaşa xətt” 30 iyun tarixində baş tutmuşdu. 3 saat 42 dəqiqə davam edən proqramda Rusiya dövlət başçısına 2,2 milyondan çox sual göndərilib, o, 68 suala cavab verməyə müyəssər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm