Dünya
İŞİD-in baş planı: “Qara xəritə”də Azərbaycan da var
Sonradan adını “İslam Dövləti” elan etmiş “İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaxın 10 ili əhatə edən “baş planı” açıqlanıb.
Virtualaz.org saytı xəbər verir ki, Britaniyanın “İnternational Business Times” nəşri İŞİD-in İraq və Suriya ərazisinin bir hissəsində elan etdiyi “xilafətin” Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə yayılacağını göstərən xəritəni açıqladığını yazır.
Fələstin Azadlıq Təşkilatının keçmiş üzvü, hazırda özünü “İslam alimi” kimi təqdim edən İŞİD-in ideoloqlarından sayılan Valid Şoebat (Walid Shoebat) “xilafətin” ekspansionist planlarını əks etdirən xəritənin ingilis dilinə tərcümə edilmiş versiyasını yayıb. Orada göstərilir ki, Balkan ölkələri, İspaniya, Portuqaliya İŞİD-in uzunmüddətli hədəfləridir.
İŞİD İraqı (Kürdüstan da daxil olmaqla), Suriyanı və Livanı bütünlüklə nəzarət altına almağı özünün yaxın perspektiv üçün planlarına daxil edib. Bundan sonrakı mərhələdə isə İŞİD Türkiyəni, MDB ölkələrindən Azərbaycan, Qazaxıstan, Qırğızstan, Tacikistan və Özbəkistanı nəzarət altına almağı hədəfləyir. Bu ölkələr “xilafətdə” “Gogzaz” adı altında göstərilir.
İŞİD-in hazırladığı “qara xəritəyə” görə İran, Əfqanıstan, Pakistan və ola bilsin İndoneziya “xilafətin” “Xorasan” əyalətinə daxil olacaq. “Qinana” əyalətində isə Misir, Sudan, Somali kimi dövlətlər yer alacaq. Şimali Afrika ölkələrindən Liviya, Tunis, Əlcəzair, Mərakeş və Mavritaniya gələcək “xilafətdə” “Məğrib” kimi göstərilir.
Xəritə bundan əvvəl ərəb dilində yayılmışdı. Xatırladaq ki, bu gün İŞİD terrorçuları Rusiya prezidenti Vladimir Putini Bəşər Əsədə yardıma görə hədələyən mesaj yayımlayıb və həmin mesajda tezliklə bütün Qafqaza hücumun başlayacağı bildirilir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri