Dünya
Qazaxıstanda Rusiya bayraqları yığışdırılır - (Video)
Yaxın müttəfiqlər olan Qazaxıstanla Rusiya arasındakı münasibətlər gərginləşəndən sonra qazaxların öz ölkələrindəki Rusiya simvollarına qarşı münasibəti mənfiyə doğru dəyişib.
Virtualaz.org saytı xəbər verir ki, qazaxlar bu rəmzlərə artıq aktiv əməli şəlikdə qarşı çıxmağa başlayıblar.
Məsələn, sosial şəbəkələrdə qazax istifadəçilər tərəfindən bir video yayılıb. Həmin kadrlardan görünür ki, sürücülərdən biri öz həmkarından maşınının salonundakı Rusiya bayrağını yığışdırmağı tələb edir. Qazaxıstanda belə hallara artıq tez-tez rast gəlindiyi də vurğulanır.
Qeyd edək ki, Rusiya-Qazaxıstan münasibətləri qazax lideri Nursultan Nazarbayevin Ukrayna prezidenti Pyotr Poroşenko ilə avqustun 26-da Minskdə keçirdiyi görüş zamanı verdiyi bəyanatdan sonra pisləşib. Nazarbayev o vaxt demişdi ki, Qazaxıstan Ukrayna ilə sıx əməkdaşlıq edəcək. Bunun ardınca Kremlin əlaltısı olan Vladimir Jirinovski bəyan etdi ki, Rusiya tezliklə Qazaxıstana qarşı ərazi iddiası irəli sürəcək. N.Nazarbayev də Kremldən gələn bu təhdidə cavab olaraq Qazaxıstanın onun maraqlarına toxunulacağı təqdirdə Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini bəyan etmişdi.
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR