Avropada qazın qiyməti rekorda yaxınlaşır
Bizi izləyin

Dünya

Avropada qazın qiyməti rekorda yaxınlaşır

Avropada təbii qazın qiyməti ötən həftə ilə müqayisədə 1,6 faiz artıb.

Publika.az “report”a istinadla xəbər verir ki, Londonun “ICE Futures” birjasında bu gün qeydə alınan ən aşağı qiymət 2056,7 ABŞ dolları, ən yüksək satış qiyməti 2 100 dolları təşkil edib.

Problemlər əsas tədarükçülər tərəfindən təklifin azlığı, Avropada yeraltı qaz anbarlarının dolma səviyyəsinin aşağı olması və hazırda Asiyada sıxılmış təbii qaza olan tələbin yüksək olması ilə əlaqələndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm