Dünya
Obama: “Rusiya verdiyi sözləri yerinə yetirməlidir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasındakı görüş başa çatıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə,
liderlərin görüşü təxminən 1,5 saat davam edib.
Ərdoğan-Obama görüşü NATO-nun Uels sammiti çərçivəsində keçirilən
ən uzun görüş olub.
Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edən ABŞ
prezidenti “Prezident Ərdoğan ittifaqımız üçün əhəmiyyətli bir
liderdir” deyib. Obama Avropa ilə Yaxın Şərq arasındakı körpü
vəzifəsinə görə Türkiyənin NATO-dakı əhəmiyyətini vurğulayıb.
Rusiyaya maliyyə sanksiyalarının davam edəcəyini söyləyən ABŞ
prezidenti qeyd edib ki, Rusiya verdiyi sözləri yerinə yetirməli,
Krımın ilhaqına son qoymalıdır.
ABŞ prezidentinin çıxışında əsas yeri “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə tutub. Sammitdə İŞİD-ə qarşı mübarizədə müxtəlif ölkələrdən dəstək aldığını deyən Obama ABŞ-ın etdiyi 100-dən çox hücumun terror təşkilatını sarsıtdığını bildirib.
“Con Kerri bölgədə əhəmiyyətli danışıqlar aparır. İraqdakı təcrübələrimiz göstərir ki, İŞİD-in çox ciddi hücum qabiliyyəti var. İraq ordusunun da ciddi şəkildə cavab verə bilmədiyini gördük. Buna görə də bölgə ölkələri ilə daha yaxın əməkdaşlığımıza ehtiyac var. İlk mərhələdə İŞİD-i geri çəkilməyə məcbur edəcəyik, daha sonra isə ləğv edəcəyik. Bütün məqsədimiz İŞİD-i yox etmək olacaq”, - ABŞ prezidenti vurğulayıb.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO