Dünya
“Ermənilər boyun qaçırır”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Anadolu xəbər agentliyinin (AA) qonağı olaraq, gündəmlə bağlı bir sıra sualları cavablandırıb.
ANS PRESS-in məlumatına görə, AA-ya müsahibə verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinin normalaşması istiqamətində hansı addımlar atıldığı və vəziyyətin nə yerdə olmasından da danışıb.
M.Çavuşoğlu söhbət zamanı tarixi proseslərin tək tərəfli, ədalətli olmayan əsassız iddialar ilə həll edilə bilməyəcəyini və prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın o vaxtkı dövlət başçısına məktub yazaraq, “erməni soyqırımı” məsələsi ilə bağlı təkliflə çıxış etməsini, lakin Ermənistan tərəfinin buna müsbət cavab vermədiyini xatırladıb.
“Hazırda Ermənistan, erməni disapor təşkilatları və bir sıra xarici ölkələr bu məsələni yerli idarə və qurumlarda, eləcə də xarici ölkə idarələrində gündəmdə saxlamağa çalışırlar.” – deyə M.çavuşoğlu bildirib.
O, həmçinin bildirib ki, bu məsələnin siyasətçilər yox, tarixçilər tərəfindən araşdırılması lazımdır.
Qeyd edək ki, Ermənistan dövləti 1915-ci il hadisələrinin yüzüncü ildönümünə hazırlaşır.
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO