Dünya
ABŞ Rusiyanı Avropasız çökdürəcək
ABŞ Rusiyanın maliyyə, energetika və müdafiə sektorlarına qarşı yeni sanksiyalar üzərində işləyir.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maria Harf brifinqdə bildirib.
O əlavə edib ki, Vaşinqton Avropa Birliyi (AB) ilə sıx koordinasiyadadır.
Amma AB-nin Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu təxirə saldığı bildirilir. “Röyters” xəbər agentliyinin məlumatına görə, AB-nin bütün üzvləri bu barədə yekun razılığa gələ bilməyib.
Məlumata görə, AB-nin 28 üzvünün hər birinin razılıq verəcəyi halda, Rusiyaya qarşı sanksiyalar bu gün qəbul olunmalı idi. AB-dəki diplomatik mənbə “Röyters”ə bildirib ki, bir sıra ölkələr Ukraynada atəşkəs rejiminə əməl olunacağı halda sanksiyaların ləğv etmə imkanlarını müzakirə etmək istəyir.
Xatırladaq ki, bu gün ABŞ-ın “Wall Street Journal” nəşri AB-nin Rusiyaya qarşı mümkün sanksiyaların detallarını açıqlamışdı. Amerika nəşrinin yazdığına görə, yeni sanksiyalar “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinin Avropa bazarından borc almasını məhdudlaşdırmalı, bu məhdudiyyətlər həmçinin Rusiya Əmanət Bankı, VTB, VEB, “Qazprombank” və Rusiya Kənd Təsərrüfatı Bankına qarşı da tətbiq edilməli idi.
“Wall Street Journal” qeyd etmişdi ki, Kredit resurslarının cəlb edilməsi ilə bağlı məhdudiyyətlər Rusiya müdafiə sənayesinin üç şirkətinə OAK, “Oboronoprom” və “Uralvaqonzavod”a qarşı tətbiq olunacaq. “Avropa şirkətlərinə həmçinin ikiqat təyinatlı texnologiyaların Rusiyanın 9 müdafiə sənayesi müəssisəsinə satışı qadağan ediləcək. Bunların arasında “Sirius”, “Kalaşnikov” və "Stankoinstrument” müəssisələri də var,” – Amerika nəşri yazmışdı.
Ömər Dağlı
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
-
İdman16 Mart 19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı
-
Ekopublika.az16 Mart 19:00Bakının bütün rayonlarında kirayə qiymətləri artıb - Yeni rəqəmlər
-
Ekologiya16 Mart 18:10Martın 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
































