NATO Ukrayna ilə bağlı QƏRAR VERDİ: "Ölkələrin konsensusu əsasında..."
Bizi izləyin

Dünya

NATO Ukrayna ilə bağlı QƏRAR VERDİ: "Ölkələrin konsensusu əsasında..."

"Hazırda Ukrayna NATO-ya qəbul edilməyəcək".

Publika.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Hər bir ölkənin NATO-ya müraciət etmək hüququ var, lakin qərar alyansa üzv olan bütün ölkələrin konsensusu əsasında veriləcək”, - o deyib.

Onun sözlərinə görə, hazırda Ukraynanı alyansa qəbul edə bilmir.

O, həmçinin bildirib ki, NATO-nun Ukraynaya dəstək öhdəliyi dəyişməyəcək, lakin alyans Rusiya ilə “birbaşa hərbi münaqişəyə” girməyəcək. Onun sözlərinə görə, NATO münaqişə tərəfi deyil .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm