Dünya
Poroşenko Merkellə danışdı
Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri
Angela Merkel telefon danışıqları zamanı Ukraynanın Avropa
inteqrasiyası zamanı növbəti addımlarını müzakirə
ediblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının
saytında qeyd edilir.
“Petro Poroşenko və Angela Merkel danışıqlarını Ukraynanın avropa
inteqrasiyası yönündə növbəti addımları, xüsusən Ukrayna və Aİ
arasında assosiasiya haqqında sazişin həyata keçirilməsi yönündə
aparıblar” - deyə məlumatda bildirilir.
Poroşenko və Merkel eləcə də 5 sentyabrdan tətbiq olunan atəşkəs
rejimi fonunda Donbasdakı vəziyyət barədə də müzakirə aparıblar.
Ukrayna prezidenti müvafiq monitorinqin və ATƏT tərəfindən
atəşkəsin yoxlanılmasının, əsirlərin qaytarılmasının vacibliyini
qeyd etdi.
Xatırladaq ki, bəyan olunmuşdu ki, Ukraynanın şərqində separatçılar
barışığın şərtlərinə uyğun olaraq 648 əsir götürülmüş ukraynalı
əsgəri azad edib və daha 500 hərbi qulluqçunun azad olunması üzrə
iş gedir.
Bazar ertəsi isə Ukrayna prezidenti 1200 əsgərin azad olunduğunu
bəyan edib.
Separatçılar isə Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün
olduğunu bəyan edirlər.
Atəşkəsin şərtlərinə əsasən, bütün girovlar qeyd-şərtsiz azad
olunmalıdırlar.
Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar
və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq bütövlüklə
riayət edirlər.
Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko
Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib
və separatçıları razılaşmaları pozmaqda ittiham edib.
Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı
hərbçi həyatını itirib.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi