Dünya
Yanukoviç martda postu ilə vidalaşa bilər
Ukrayna parlamenti bu gün növbəti sessiyasına başlayıb.Publika.Az –ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ali Rada bu həftə ərzində Konstitusiya islahatlarının keçiriləcəyi referendumla bağlı qanun qəbul edə bilər.
Hakim Regionlar Partiyasından olan deputat Nikolay Rudkovski parlamentin bugünkü iclasında mart ayında referendum və növbədənkənar seçkilərin keçirilməsini təklif edib. O, qeyd edib ki, parlament müvafiq qanunu bu həftə qəbul etməlidir. “Bu həftədə referendum haqqında qanunu qəbul etmək və gələn ay bir neçə məsələ üzrə referendumu keçirmək lazımdır. Parlament və ya prezident respublikası, proporsional və ya majoritar seçki sistemi, Ukraynanın Avropa İttifaqı və ya Gömrük Şurasına üzvlüyü kimi suallara cavab tapılmalıdır”, - deputat bildirib.
Ukrayna prezidenti Viktor Yanukoviç isə bildirib ki, müxalifətlə razılaşmayacağı halda vaxtından əvvəl prezident və parlament seçkilərini, həmçinin Konstitusiya islahatları ilə bağlı referendum keçirməyə hazırdır.
Xatırladaq ki, 2004-cü il Konstitusiyasına qayıdış təklifi ilə UDAR Partiyasının lideri Vitali Kliçko çıxış edib. Onun fikrincə, bu ölkənin siyasi böhrandan çıxması üçün yollardan biri olacaq. “Batkivşina” parlament fraksiyasının lideri Arseni Yasenyuk da bildirib ki, “Ukrayna prezidentinin diktator səlahiyyətləri ləğv edilməlidir”.
Parlamentin sessiyası ilə birlikdə Kiyev Şəhər Şurasının iclası keçirilir. İclasda müxalifətin nümayəndələri rayon şuralarının yaradılması və onlara seçkilərin keçirilməsi təklifi ilə çıxış edib. Kiyev Şəhər Şurasının qarşısında isə bir neçə yüz nəfər mitinq keçirir.
Ömər Dağlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO