"Twitter" ofislərini müvəqqəti bağladı - SƏBƏB
Bizi izləyin

Dünya

"Twitter" ofislərini müvəqqəti bağladı - SƏBƏB

Amerikanın “Twitter” şirkətinin əməkdaşlarının kütləvi şəkildə ixtisar edilməsi səbəbindən öz ofislərini müvəqqəti bağlamalı olub.

Publika.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb .

Qeyd edilib ki, şirkətin bütün işçilərindən ofisləri tərk etmək və noyabrın 21-nə kimi orada görünməmək istənilib. Beləliklə, rəhbərlik işçilərin təxribatından qaçmağa çalışır.

"Hər bir işçinin, həmçinin Twitter sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq, keçidlərin keçidi dayandırılacaq ", - şirkət işçilərə bu mətnlə məktublar göndərib.

Qeyd edək ki, şirkətin yeni sahibi İlon Maskın kütləvi işdən çıxarılmadan sonra "Twitter" ofisləri artıq müvəqqəti bağlanmalı olub.

Xatırladaq ki, sahibkar oktyabrın 28- də sosial şəbəkənin tam sahibi olub. Dərhal genişmiqyaslı islahatlara başlyıb və şirkətin direktorlar şurasını buraxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm