Almaniyanın bu torpaqlarına türk rəhbərlik edəcək
Bizi izləyin

Dünya

Almaniyanın bu torpaqlarına türk rəhbərlik edəcək

Əli Doğan Almaniyanın Şimali Reyn-Vestfaliya torpaqlarında rayonlardan birinin rəhbəri seçilib.

Publika.az bu barədə “Milliyet” qəzetinə istinadla xəbər verir. Məlumata görə, Əli Doğan seçkilərdə 55.8 faiz səs toplayıb.

Doğan 44.2 faiz səs toplayan Xristian Demokrat Partiyasının üzvünə qalib gəlib. Bildirilir ki, o, 8 il Almaniyanın Minden-Lübekke rayonunu idarə edəcək.

Qeyd edək ki, Doğan ailəsi Almaniyaya Türkiyənin Karakuzlu kəndindən köçüb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm