Avropa
Papadan növbəti atəşkəs çağırışı
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb.
Publika.az xəbər verir ki, Fransisk ənənəvi “Angelus” duası zamanı Milad bayramı ilə əlaqədar dinc insanlara təsir edən müharibə zonalarında atəşkəs çağırışı edib.
“Qoy silahlar sussun və Milad mahnıları səslənsin! Milad bayramında bütün müharibə cəbhələrində, Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və bütün dünyada atəşkəs üçün dua edək”, - deyə Roma Papası vurğulayıb.
O, insanları müharibə və zorakılıqdan əziyyət çəkənlər üçün dua etməyə çağırıb, münaqişə zonalarında günahsız azyaşlı uşaqların məruz qaldıqları qəddarlığı pisləyib.
Qeyd edək ki, Papa Fransisk soyuqdəymə səbəbindən “Angelus” duasını iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.
-
Nida Təhlil 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi



































