Dünya
Türkiyə kəşfiyyat rəisindən CİA və Mİ6-ya gözdağı – FOTOLAR
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan keçirdikləri məxfi əməliyyat nəticəsində 49 türk diplomatının girovluqdan necə azad olunması barədə ilk dəfə açıqlama verib.
Publika.az-ın məlumatına görə, MİT rəhbəri bildirib ki, səbir, gərgin çalışma, ağıl və uzaqgörənlik nəticəsində əməliyyat uğurlu alınıb:
“Əməliyyatın uğurlu alınması üçün başqa səbəb yoxdur. Biz ancaq söylədiyim 4 məqama uyğun olaraq çalışdıq və istədiyimiz nəticəni əldə etdik. Əlbəttə ki, hər bir məxfi əməliyyatlarda gözlənilməz risklər olur. Heç kəs nə olacağı barədə əvvəlcədən nə isə bilə bilməz. Heç bir məxfi əməliyyat mümkün risklərdən sığortalanmayıb. Bu cür əməliyyatların uğurlu nəticələnməsi üçün ən doğru məqamı səbir və təmkinlə gözləmək lazımdır. Biz də ən doğru zamanı gözlədik və vətəndaşlarımız Türkiyəyə sağ-salamat qaytarıldı”.
H.Fidan həmçinin qeyd edib ki, Mosuldaki Türkiyə Konsulluğu əməkdaşlarının girovluqdan azad olunması üçün keçirilən əməliyyatda xarici ölkə kəşfiyyatının yardımından istifadə olunmayıb:
“Bu əməliyyat ancaq MİT tərəfindən həyata keçirilib. Əməliyyat zamanı girovluqda olan soydaşlarımızdan bir nəfərin belə burnu qanamayıb.
İŞİD-dən gözlənilən təhlükə səbəbi ilə MİT əməliyyat qrupu yanvar ayından Suriya sərhədinə keçmişdi”.
MİT rəhbəri bir sıra böyük dövlətlərin kəşfiyyat qurumlarının uğursuzluğu ilə Türkiyə MİT-nin uğurunu da müqayisə edib:
“Bu yaxınlarda da hər kəsin şahidi olduğu bəzi hadisələr baş verdi. İŞİD qüvvələri özlərini böyük və güclü dövlət hesab edən ölkələrin vətəndaşlarını qətlə yetirdi və onlar öz vətəndaşlarını xilas edə bilmədilər. Ancaq şükürlər olsun ki, biz bunu bacardıq”.
Vasif Həsənli
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO