"Titanik"i inşa edən şirkət qayıdır
Bizi izləyin

Dünya

"Titanik"i inşa edən şirkət qayıdır

"Titanik" gəmisini inşa edən şirkət yenidən fəaliyyətə başlayacaq.

Publika.az xəbər verir ki, 1912-ci ildə məşhur “Titanik” gəmisini inşa edən "Harland and Wolff" gəmiqayırma zavodunun fəaliyyətinin bərpası nəzərdə tutulur. Bu barədə "Financial Times" yazır.

Bildirilir ki, 3 il əvvəl britaniyalı iş adamı Con Vud tərsanəni altı milyon funta (7,3 milyon dollar) alıb.

Yanvar ayında şirkət üç hərbi nəqliyyat gəmisi tikmək üçün İspan gəmi istehsalçısı “Navantia”nın rəhbərlik etdiyi konsorsiumla 1,6 milyard funt sterlinq (təxminən 1,8 milyard dollar) müqavilə imzaladığını söyləyib.

Vud izah edib ki, yeni müqavilələr istehsal gücünün artırılmasına və 700-ə qədər əlavə iş yerinin yaradılmasına kömək edəcək.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm