Dünya
Putinin həbsi tələb olundu
Ukrayna hökuməti iddia edib ki, Rusiya minlərlə ukraynalı uşağı qaçaq yolla ölkəsinə gətirib. Avropa İttifaqı iddialardan sonra konfrans keçirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bunu Aİ Komissiyasının sədri Ursula fon der Leyen Aİ Liderlər Sammitində bildirib.
Von der Leyen deyib ki, uşaqları ölkədən qovmaq üçün orada baş verənlər tariximizin ən qaranlıq zamanlarından bu yana dəhşətli bir xatirədir: "Bu, müharibə cinayətidir".
Von der Leyen bildirib ki, uşaqların geri qaytarılmasını təmin etmək üçün Polşanın Baş naziri Mateusz Moraviecki ilə birlikdə çalışacaqlar.
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların ölkəyə qanunsuz deportasiyasındakı roluna və hərbi cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.
Ukraynanın açıqladığı məlumatlara görə, 2022-ci il fevralın 24-də müharibə başlayandan bəri 16 200 ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb. Bildirilib ki, bu uşaqlardan yalnız 308-i Ukraynaya qayıdıb.
Ayşən
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...













.jpg)


















