Ukrayna Rusiyanın 1200 vətəndaşını “qara siyahı”ya saldı
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanın 1200 vətəndaşını “qara siyahı”ya saldı

Ukrayna Nazirlər Kabineti Rusiyaya qarşı sanksiyalar siyahısına daxil ediləcək şəxslərlə bağlı təklif verib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti Rusiyaya qarşı sanksiyalar siyahısına 209 hüquqi və mindən çox fiziki şəxsin adını daxil edib.

Həmin şəxslər Ukraynaya qarşı Rusiya Federasiyasının təcavüzünə dəstək verməkdə ittiham olunur.

Xatırladaq, baş nazir Arseniy Yasenyuk 15 sentyabrda ICTV telekanalının efirində Rusiyanın 200 vətəndaşına qarşı sanksiyaların tətbiq olunmasının təklif edildiyini bildirib. Sentyabrın 17-də isə Yasenyuk hökumətinin iclasında qeyd edib ki, Rusiya Ukraynaya qarşı ticarət məhdudiyyətləri tətbiq edəcəyi halda, Rusiyaya qarşı sanksiyaları qəbul ediləcək.

Avqustun 14-də isə Nazirlər Kabinetinin təşəbbüsü ilə Ali Rada “Sanksiyalar haqqında” qanunu qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm