Bu ölkələrin XİN rəsmiləri Moskvaya toplaşdı: Türkiyə, İran...
Bizi izləyin

Dünya

Bu ölkələrin XİN rəsmiləri Moskvaya toplaşdı: Türkiyə, İran...

Moskvada Türkiyə-Rusiya-İran formatında danışıqlar başlayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federasiyası, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşünə hazırlıq çərçivəsində bir sıra məsləhətləşmələr aparılır.

Məlumata görə, Moskvada keçirilən danışıqlarda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar, İran nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı başçılıq edir.

Qeyd edək ki, bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 3-4-də Moskvada Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri arasında danışıqların planlaşdırıldığını təsdiqləyib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm