Prezident: Bütün qırıcılar Ukraynaya təhvil verildi
Bizi izləyin

Dünya

Prezident: Bütün qırıcılar Ukraynaya təhvil verildi

"Polşa, demək olar ki, bütün MiQ-29 qırıcılarını Ukraynaya təhvil verib".

Publika.az xəbər verir ki, bunu ölkə prezidenti Anjey Duda Reykyavikdə jurnalistlərə zamanı bildirib.

Mayın əvvəlində bildirilib ki, Polşa Ukraynaya 14 ədəd MiQ-29 təyyarəsi təhvil verib.

“Biz demək olar ki, bütün MiQ-29-larımızı Ukraynaya təhvil verdik, Ukrayna bunu bizdən tələb etdi”, - deyə Duda bildirib,

Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm