Azərbaycanla birlikdə terrorizmlə mübarizə aparırıq
Bizi izləyin

Dünya

Azərbaycanla birlikdə terrorizmlə mübarizə aparırıq

"Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq".

Publika.az xəbər verir ki, bu fikirlər ABŞ Prezidneti Co Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.

ABŞ lideri qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək.

Co Bayden qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığı daha da gücləndirməyi həvəslə gözlədiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm