Dünya
2000 illik tarixi abidəyə özünün və sevgilisinin adını yazdı - VİDEO
İtaliyanın paytaxtı Romada yerləşən Kolizey amfiteatrının divarına özünün və sevgilisinin adını yazan turist axtarışa verilib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, hadisə ölkədə hiddətə səbəb olub.
Təxminən 2000 illik abidəyə açarla "İvan+Haley 23" yazan gənc turistin görüntüləri sosial mediada yayılıb. Turist yaxalansa onu 15 min avroya qədər cərimə və 5 ilə qədər həbs cəzası gözləyir.
Ölkədə böyük əks-səda doğuran görüntülər mədəniyyət naziri və Roma meri tərəfindən pislənib.
"Biz bütün şəhəri və bütün dünyanı təhqir edən bu vəhşi hərəkəti şiddətlə qınayırıq. Ümid edirəm ki, cinayətkar layiq olduğu cəzanı alacaq", - mer Roberto Qualtieri deyib.
Xatırladaq ki, 2015-ci ilin əvvəlində Kolizey yaxınlığındakı "Fori Imperiali" memarlıq kompleksində analoji hərəkəti edən Türkiyə vətəndaşı 2200 avro cərimə olunub.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi