Dünya
İslam Əməkdaşlıq Təşkilatı fövqəladə TOPLANIR
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İsveçdə Qurani-Kərimin yandırılmasını müzakirə edəcək.
Publika.az "NTV"-yə istinadən xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, İƏT məsələ ilə bağlı fövqəladə iclas keçirəcək və Qurani-Kərimin 28 iyun 2023-cü ildə İsveçin paytaxtı Stokholmda yandırılması ilə bağlı müzakirələr aparacaq.
İƏT Zirvəsi dövrünün sədri Səudiyyə Ərəbistanının tələbi ilə İƏT-ə üzv ölkələrin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerunun daxil olduğu İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin Daimi Nümayəndələrinin iştirak edəcəyi Fövqəladə Açıq İştirak üzrə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Toplantıda bu alçaq hərəkətlərə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə qarşı hörmətsizliyə qarşı ortaq münasibət nümayiş etdirilməsi qarşıya məqsəd kimi qoyulub.
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
















.jpg)














