Dünya
Ukraynada MDB-dən çıxmaq üçün qanun layihəsi hazırlanıb

Millətçi “Azadlıq” Partiyasının deputatları Aleksey Kayda və Aleksandr Mirnıy “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılaşmanın icrasının dayandırılması haqqında” qanun layihəsini Ukrayna Ali Radasına (parlament) təqdim edib.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın saytında deyilir.
Saytda qanun layihəsinin mətni hələlik yerləşdirilməyib.
Ukraynada 22-də Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Kiyev bəyan etdi ki, Müstəqil Dövlətlər Birliyində (MDB) sədrlikdən imtina edir. Daha sonra Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy bildirmişdi ki, ölkə MDB-dən çıxma prosesinə start verib.
MBD dövlət başçılarının Minskdə oktyabrın 10-da keçirilən sammitində isə Ukrayna prezident səviyyəsində təmsil olunmayan yeganə ölkə olub. Ukraynanı sammitdə bu ölkənin Belarusdakı səfiri təmsil edirdi.
Qeyd edək ki, Ukrayna MDB-nin təməlini qoyan 3 ölkədən biridir. Rusiya, Belarus və Ukrayna arasında MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də əldə olunub. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİfaktiki olaraq 25 dekabr 1991-ci ildə Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. MDB həmçinin SSRİ-nin mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün yaradılmışdı.
Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan quruma üzv olub.
1993-cü ilin ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra qurumdakı iştirakını dayandırıb.
Ömər Dağlı

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı