Qəzzada itkin düşən insan sayı AÇIQLANDI
Bizi izləyin

Dünya

Qəzzada itkin düşən insan sayı AÇIQLANDI

İsrail-HƏMAS müharibəsi zamanı Qəzzada 3250-dən çox insan itkin düşüb və ya dağıntılar altında qalıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bu sayın 1700-nün uşaq olduğu açıqlanıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm